ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: “BİR ŞƏHİD AİLƏNİN TARİXÇƏSİ”

5836    |   2019-12-09 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın günlərin söhbətidir, həmişə yanına ərklə , görüşünə böyük ürəklə getdiyim "Respublika” qəzetinin baş redaktoru, dəyərli alimimiz, yazıçı-tədqiqatçı Teymur Əhmədovun qapısını döydüm. Söhbət zamanı söz-sözü çəkdi və Şərqin ən böyük aydınlarından biri olan Nəriman Nərimanovu xatırladıq. Birmənalı şəkildə deyim ki, Nəriman Nərimanov mənim üçün xalqımızın ədəbi-ictimai həyatında özəl yeri olan bir şəxsiyyət kimi çox dəyərlidi. Onun istər siyasi fəaliyyəti, istər bədii yaradıcılığı bu xalqın tarixindən xüsusi bir xətt kimi ötüb keçir. Bax, elə bu səbəbdən də mən Teymur müəllimin həyat fəaliyyətini geniş şəkildə araşdırdığını, məndən və bir çoxlarımızdan daha artıq Nəriman Nərimanov haqqında bilgilərə malik olduğunu bilirəm. Ona görə də içimdə həmişə bir sual olub - görən Teymur müəllim bu böyük şəxsiyyət haqqında hər hansı bir ədəbi-publisist əsər ortaya qoyubmu?

Bu sualı içimdən keçirərkən ustadımız Teymur müəllim sanki ürəyimi oxudu və elə söhbət edə-edə də mənə bir kitab bağışladı. Açığını deyim ki, kitabın üz qabığındakı şəkillər mənə, eləcə də Nəriman Nərimanovla maraqlanan hər kəsə tanış olduğundan söhbətin məhz bu ailədən ge əcəyini anladım. Amma içimdə bir tərəddüd qarışıq maraq hissi də var idi. Görəsən, niyə bu kitabın adı bir şəhid ailənin tarixçəsidir?

Bu yerdə deməyi özümə borc bilirəm ki, bu sualı Teymur müəllimə verməyə ərk etmədim. Yəni bir az səbr göstərdim və kitabla birlikdə sualı da özümlə götürdüm. Otağıma gələn kimi dərhal kitabı vərəqlədim. Və bir də gördüm ki, bu sənədli povesti oxuyub başa çıxmışam. Məhz Nəriman Nərimanovun aliə tarixçəsini mükəmməl, necə deyərlər, təfsilatı ilə oxuyandan sonra müəllifə, yəni çox hörmətli Teymur Əhmədova haqq qazandırdım. Həqiqətən Nərimanovlar ailəsi şəhid olmuşdu.

Ailənin başçısı, yazıçı, ictima-siyasi xadim, həkim Nəriman Nərimanov öz əqidəsinin, məsləkinin şəhidi idi. Onun bir şəxsiyyət kimi bütövlüyü, əqidəsi o qədər özünü təsdiq edib, özünü ucaltmışdı ki, hətta oktyabr inqilabının siyasi rəhbərliyində böyük nüfuz sahibi olan Orcanakidze Nəriman Nərimanovun dəfn mərasimində etiraf etmişdi: "Nərimanov yoldaş azad olunmaqda olan Şərqin simvoludur!”. Nərimanovun vəfatı ilə bağlı Trotski göndərdiyi teleqramda yazmışdı: "Şərq xalqlarının azadlıq mübarizəsinin şanlı rəhbəri yoldaş Nərimanov!”. Kalinin isə vurğulamışdı ki: "Nərimanovun şəxsində Qızıl Meydan Şərq xalqlarından ilk qurbanını qəbul edir”.



Bəli, məhz Teymur müəllimin böyük ürək və yazıçı məharətilə qələmə aldığı bu sənədli povestdə Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanımın, oğlu Nəcəfin əzablı, məşəqqətli, amma ümid və inam dolu ömür yolu öz əksini tapıb. Əsəri oxuduqca ananın oğluna, oğulun anaya məktubları, Moskvada bir-birinə sığınıb ayaqda duran bu iki insanın dözümü adamın içərisində bir qürur hissi oyadır. Bu insanların bizdən biri olduğuna sözün bütün mənalarında sevinirsən. Hətta həyatının gənclik adlı dönəminin başlanğıcında,yəni 24 yaşında qəhrəmancasına həlak olan Nəcəfə, bu dünyada oğlundan başqa kimsəsi olmayan Gülsüm anaya həm içindəki kədərlə, həm də böyük sevgiylə baş əyməli olursan. Və hardasa Tanrının bu yazısına acıyırsan. Axı, Nəriman Nərimanov kimi bir aydının Moskvadakı həyatı və onun öz əqidəsinin şəhidi olması, yeganə varisinin 24 yaşında bir tank bölüyünün komandiri kimi 1943-cü ildə ağır döyüşlər zamanı haqqa qovuşması, gecə-gündüz işləyən, oxuyan, kimsəyə sığınmayan Gülsüm ananın həm həyat yoldaşının, həm oğlunun kitablarını, digər əşyalarını məktəblərə, uşaq bağçalarına, kimsəsizlər evlərinə hədiyyə etməsi, bütün qazancını kimsəsiz uşaqlara xərcləməklə təsəlli tapması həm qəhrəmanlıqdı, həm də şəhidlik zirvəsidi.

Birmənalı şəkildə, bir oxucu olaraq bu "Bir şəhid ailənin tarixçəsi” kitabını oxuculara, eləcə də mənə təqdim edən Teymur Əhmədova təşəkkürümü bildirirəm. Bəli, Nərimanovlar əqidənin, məsləkin, dözümün, mübarizənin şəhdiləridir. Bu şəhidlər millətimizin, tariximizin şərəfli səhifəsində öz yerlərini haqq ediblər. Əbədiyaşar və unudulmaz yerlərini!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK