hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM Adalet.az | Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DUZSUZ ADAM

... Təkcə duzsuz xörək, duzsuz yemək olmur; həm də dünyamızda nə qədər desən duzsuz adam tapmaq olar...

5992    |   2019-05-31 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Və duzlu adam deyəndə təbii ki, şirin, yumorlu, lətifəli və bir də insana bir anın içində qaynayıb-qarışan insanlar yada düşür. O insanlar ki, onunla bir kəlmə kəsirsən, yoldaşlıq eləyirsən, oturub-durursan, görürsən ki, çox səmimi, çox şirin və çox da duzlu adamdı. Bəlkə də həmin adam bu qədər şirin olduğunu hiss eləmir. Ancaq onun qarşısındakı insan söhbət eləyəndə görür ki, yox ey qardaş, bu adam ürəyə yaxın, duzlu insandı. Və ürəyə yaxın, duzlu insanla adam dünyanın o başına da gedə bilər. Tay onlar başqaları kimi səni yarıyolda atıb aradan çıxmazlar...

... Və bu dünyada "quru"və "duzsuz" adamlar da var. "Quru" adamlara el arasında "duzsuz" adamlar deyirlər. Bu duzsuz adamlar da pis adamlar deyillər ha! Belə baxanda onların da öz dünyası var. Adam var ki, bir saat, iki saat yol gedirsən, ağzını açıb bir kəlmə danışmır və sənin də ürəyin partlayır, bu sükuta dözə bilmirsən. Axırda dilə gəlib deyirsən ki, ay rəhmətliyin oğlu, ağzına su almısan? Yolboyu gedirik bir kəlmə danışmırsan, susursan! O da diqqətlə sənə baxır və dillənir ki, mənim xasiyyətim belədir. Dedik axı, heç belələrini qınamalı da deyil... heç belələrindən küsmək də bir o qədər kara gəlmir... heç belələrini çox çək-çevirə salmaq da olmaz... çünki onların da öz aləmləri, öz dünyaları, öz düşüncələri var...

... Bəzən də görürsən ki, biri o qədər danışır, həm özünü yorur, həm də səni. Bütün yol boyu boş və mənasız söhbətlər eləyir. Düşünürsən ki, ay dadi bidad, nə vaxt bundan canımı qurtaracam! Elə ki, mənzil başına çatırsan, şükür eləyirsən ki, canın yaxşı qurtardı. Heç belələrinə duzlu adam da demək olmur ha! Çünki onlar ağzına gələni üyüdüb tökürlər və danışırlar. Ağzına gələni üyüdüb tökəndə, danışanda təbii ki, onun söhbətindən bezar olursan...

... Şirin, duzlu və yumorlu adamlar çox olur. Və bu şirin, duzlu adamlar mənim düşüncəmə görə, hər yerdə var. Bizim Bəhmənlidə isə iki nəfər idi: bir Xalaoğlu Tərxan, biri də traktorist Mürşüd! Allah hər ikisinə rəhmət eləsin! Hər ikisinin duzlu, məzəli söhbətlərindən doymaq olımurdu...

... Xalaoğlu Tərxan bizim məktəbdə gözətçi işləyirdi. Rəhmətlik Əvəz müəllim də məktəb direktoru idi. Və məktəb direktoru olan Əvəz müəllimin zəhmindən nəinki biz şagirdlər, müəllimlər də qorxurdu. Yeganə adam Xalaoğlu Tərxan idi ki, Əvəz müəllimin yanında özünü çox rahat hiss edərdi. İşini görərdi, məktəbdə nə olurdu hamısını Əvəz müəllimə çatdırardı. Əvəz müəllimin qanın ən qara vaxtında ancaq Xalaoğlu Tərxan onun yanına girə bilər, bir duzlu lətifə danışıb eynini açardı. Bundan sonra işi düşənlər Əvəz müəllimin ovqatının yaxşı olduğunu bilib yanına gedərdilər. Və rəhmətlik Əvəz müəllim də çox təmiz və ədalətli ziyalı idi. Bacardığı qədər hamıya kömək edərdi...

... Traktorist Mürşüdün isə öz yumor, lətifə dünyası vardı. Biz uşaq olanda kəndimizə Bakıdan, Füzuli şəhərinin özündən müğənnilər, aktyorlar gəlib konsert verərdilər. Bax, onda da traktorist Mürşüd səhnəyə çıxar, öz yazdığı şeirlərini, yumorlarını, lətifələrini danışardı və camaat da gülməkdən uğunub gedərdi. Bəhmənlilər də Bakıdan gələn müğənnilərdən, aktyorlardan çox traktorist Mürşüdü alqışlayardılar. Deyərdilər ki, pah atonnan, bu Mürşüddə nə qədər güclü yumor, duz varmış! Burdan bura biz ona qiymət verməyi bacarmamışıq...

... Bir gün traktorist Mürşüd kolxozdan verilən əlavə əmək haqqını alır. Əlavə əmək haqqı da düz dörd "paçka" qırmızı onluq imiş. O vaxt həmin pulla bir ailəni bir il dolandırmaq olurdu. Həmin gün də Bəhmənlidə toyumuş. Mürşüd yeyib-içir, keyfi ala buluddan nəm çəkir. Musiqiçlərə deyir ki, mənim havamı çalın! Onun da havası Kamilov kimi "Heyvagülü"ymüş. "Heyvagülü"nü oynaya-oynaya o dörd "paçka" pulun hamısını musiqiçilərə paylayır. Musiqiçilər də indiki manıslar kimi "ipiqırıq" deyilmiş. Yəni traktorist Mürşüdü yaxşı tanıyırlarmış. Bilirlərmiş ki, onun dilinə 50 qram araq dəydi, pulun hamısını musiqiçilərə verəcək. Onlar da toydan sonra pulu saxlayırlar. Ancaq Mürşüdü görmürlər. Mürşüd evə gələndə yoldaşı görür ki, əli ətəyindən uzun qayıdıb, dörd "paçka" onluqdan biri də yoxdu. Evdə bir dava qalxır ki, gəl görəsən! Mürşüd axşam yatır, səhər görür ki, nağaraçalan Hətəm onların qapısındadı. Dörd "paçka" onluğun hamısını gətirib üstündən cəmi 50 manat pul götürüblər. Pulu traktorist Mürşüdə qaytarır və Mürşüdün arvadının, balasının, özünün gözünə işıq gəlir. Çünki traktorist Mürşüdün halal pulunu heç kim yeyə bilməzdi. Ona görə ki, traktorist Mürşüd gözünün işığını da, ürəyini də camaata verən adam idi...

... Duzlu adam dedim, yadıma Bəhmənlidən iki kişi düşdü: bir Xalaoğlu Tərxan, biri də traktorist Mürşüd! Bəziləri deyirlər ki, çörəyimin duzu yoxdur. Qurban olum Allaha, çörəyimizin duzu da var, ruzisi də! Sadəcə olaraq, bizim çörəyimizi yeyib ona dəyər verməyənlərin özlərinin duzu yoxdur. Ona görə də heç kim ürəyini sıxıb eləməsin ki, onun çörəyi duzsuzdur! Nə qədər duzsuz adamlar var, bir o qədər də çörəyimiz duzsuz olacaq! Əsas odur ki, özümüzün və çörəyimizin duzu olsun!...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-12
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK