ANA SƏHİFƏ / YAZARLAR

HƏSƏN ZEYNALOVU KİMLƏR NİYƏ SEVMİR?

16655    |   2007-02-06 23:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqdır camaatı əvvəllər gileylənirdilər ki, niyə baş konsulluq İqdırda deyil, Qarsda açılıb. Amma padşah daha uzaqgörəndi, padşah daha yüksəkdə dayanır və hər şeyi daha aydın görür. Yəni Heydər Əliyev də hər şeyi daha yuxarıdan, daha aydın görüb və Azərbaycanın baş konsulluğunu Qarsda açıb. Və Qarsdakı baş konsulluğumuz gərək ki, 13 vilayətə xidmət göstərir və türklərin problemləri İqdırdan daha çox Qarsdadı.
   
   Məhz Qarsda fəaliyyət göstərən baş konsulluğumuzun və baş konsulumuz Həsən Zeynalovun Heydər Əliyev siyasətini və Heydər Əliyevin siyasi varisi İlham Əliyevin siyasətini ləyaqətlə həyata keçirməyinin nəticəsidir ki, Qarsda ermənilərə abidə qoya bilmirlər. Məhz Həsən Zeynalovun xidmətidir ki, Türkiyədəki bəzi adamlar Qarsla Ermənistanı qardaşa edə bilmirlər. Məhz Həsən Zeynalovun xidmətidir ki, Qars Ermənistana qapı aça bilmir. Daha dəqiq desək, bu Heydər Əliyevin və İlham Əliyevin siyasətinin nəticəsidir və Həsən Zeynalov bu siyasəti orda ləyaqətlə yerinə yetirir.
   
   Həsən Zeynalovu nəinki Türkiyədə, daha dəqiq desək Qarsda, eləcə də Azərbaycanda sevməyənlər var. Çünki Türkiyədə ermənilərə ağu verənlər kimi, Azərbaycanda da ermənilərə ağu verənlər var. Yəni bu adamın bəxti ikitərəfli gətirməyib. Həm onu Türkiyədə buna görə sevməyənlər var, həm də Azərbaycanda. Biz gördük ki, o, bu təzyiqlərdən çox sıxıntı çəkir, əziyyət çəkir, yorulur, amma yolundan dönmür.
   
   Dönmə yolundan, qardaşım, Sən Ulu Öndərin və onun siyasi varisi İlham Əliyevin, Sən Türkiyə dövlətinin və Atatürkün siyasətini həyata keçirirsən. Bu yolda ölmək də şərəfdir, o da mümkündür ki, hər saat Səni Qarsda öldürə bilsinlər və sonra da dünyaya car çəksinlər ki, türklər öz qardaşlarını öldürdülər və bununla Türkiyə-Azərbaycan münasibətlərinə bir zərbə vursunlar. Bu mümkündü. Bunu mən bilirəmsə, deməli, Sən də bilirsən.Amma Sən bundan qorxmursan, bu mənə ləzzət eləyir. Mənim də ürəyimdən çox keçib ki, heç bir ölkədə yox, Türkiyədə konsul olum, amma mən Sənin fəaliyyətini görəndə hiss etdim ki, Sən Qarsda məndən yaxşı konsulsan. Mən özümü sevən adamam, savadımı da bilirəm, qabiliyyətimi də bilirəm, gücümü də bilirəm. Amma gördüm ki, yox, Sənin elədiklərini eləmək üçün təkcə Azərbaycanı və Türkiyəni sevmək azdı, təkcə özündən razı olmaq azdı, təkcə davakar olmaq azdı.
   
   Qoy Səni sevməsinlər, biz ki Səni sevirik. Və bir maraqlı məqam. Qarsda Azərbaycanın baş konsulunu Qarsdakı insanlar həm də bir icra başçısı kimi qəbul eləyir. İş axtaranı da, işi düz gətirməyəni də, xəstəsi olanı da, problemi olanı da, hətta evdə arvadı ilə dalaşanı da baş konsul Həsən Zeynalova müraciət eləyir.
   
   Və ən çox da sevindirici odur ki, Türkiyədə artıq insanlar Türkiyə ilə Azərbaycanı bir millət iki dövlət kimi deyil, elə bir millət bir dövlət kimi qəbul edir.


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK