ANA SƏHİFƏ / YAZARLAR

DÖVLƏTƏ SƏDAQƏTLİ ADAM

Faiq QİSMƏTOĞLU

14193    |   2017-11-17 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onda isti yay günləriydi. Hava o qədər istiydi ki, Bakıda nəfəs almaq mümkün deyildi. Qəzetimizin baş redaktoru Aqil Abbas məni otağına çağırdı və dedi ki, hazırlaş, bir saatdan sonra Şəmkirə yola düşürsən. Aşağıda səni maşın gözləyir. Mən də aşağı, 1-ci mərtəbəyə düşdüm, orda hündürboy, dolu bir insanla tanış oldum. Gülə-gülə mənə dedi ki, heç darıxma, üç-dörd saata Şəmkirdə olacağıq. Sözün düzü, evə getməliydim və evdə də üst-başımı dəyişməliydim. Çünki bu üst-başla rayona ezamiyyətə getmək olmazdı. Maşına əyləşən kimi, həmin adam dedi ki, gəlin tanış olaq: adım Oruc, soyadım Abdullayevdi. Azərbaycan Texnologiya Universtitetinin professoruyam. Sonradan biz bir-birimizə daha yaxından tanış olacaqdıq, çörək kəsəcəkdik və yoldaşlıq edəcəkdik. İki daşın arasında evə dəydim, üst-başımı dəyişdim və evdəkiləri arxayın elədim ki, narahait olmasınlar, bir-iki günə qayıdıram...

Biz Oruc müəllimlə axşam saat 8-də Şəmkirə çatdıq. Orda da hava çox istiydi. Ancaq Bakıdakı kimi bürkülü deyildi. Əvvəldən Aqil müəllim mənə demişdi ki, Şəmkirin icra başçısı Aslan Aslanovdan müsahibə alarsan. Nədən və necə yazmağı da bir daha mənə xatırlatmışdı. Gec olduğu üçün axşam qonaq otağına düşdüm. Amma bir də gördüm ki, qonaq otağında telefon zəng çalır. Dəstəyi qaldırdım, Aslan müəllimin səsini eşitdim:

- Xoş gəlmsiniz! Rahat dincəlin, sabah səhər görüşərik!..

Telefonda o qədər səmimi danışdı ki, elə bil nə vaxtdı bir-birimizi tanıyırmışıq. Onun səmimiyyətinə və sadəliyinə heyran qaldım. Səhər Aslan Aslanovla icra hakimiyyətinin binasındakı kabinetində görüşdük. Və söhbətimiz də çox maraqlı alındı. Hiss etdim ki, bu adam Ulu Öndər Heydər Əliyevə, onun apardığı siyasətə sədaqətli bir adamdı. Elə sözünün əvvəli də, axırı da Heydər Əliyevlə bağlıydı. Bir neçə saat söhbətimiz davam elədi. O, rayonun iqtisadi və sosial inkişafından, mədəni həyatından və eləcə də Gürcüstan-Azərbaycan münasibətlərindən eşitmədiklərimiz söhbətləri danışdı. Mən də bir müsahibə hazırladım və bir neçə gündən sonra «Ədalət» qəzetində dərc olundu. O müsahibənin sərlövhəsi belə idi: «İcra başçısı başının altına yastıq qoyub yatsa, o rayonun daşı daş üstünə qalmaz». Sözün düzü, müsahibə çox əks-səda vermişdi və hər şey olduğu kimi qələmə alındığından normal qarşılanmışdı.

Bütün bunlar 1994-cü ilin isti yay günlərində baş verib. Elə o vaxtdan Aslan Aslanovla bizim aramızda çox səmimi, mehriban dostluq münasibətləri yarandı. Ezamiyyətə getmək istəyəndə Aqil müəllimdən xahiş edirdim ki, məni Gəncə-Şəmkir istiqamətinə göndərsin. Çünki orda özümə çoxlu dostlar tapmışdım. O dostlar ki, təmənnasız yoldaşlıq eləyirdilər və bir-birimizi axtarırdıq. Onsuz da mənim Şəmkirdə Rəhman Salmanlı kimi çox saf, duru ziyalı tələbə dostum vardı. Rəhmana görə həmişə şəmkirliləri çox istəyirdim. Düşünürdüm ki, onlar da Rəhman kimi saf, sədaqətli insanlardı. Və bu düşüncələrim də məni heç vaxt yanıltmırdı…

Aslan Aslanov Heydər Əliyev məktəbinin yetirmələrindəndir. O, Heydər Əliyev siyasi kursunu, onun həyata keçirdiyi böyük siyasəti həmişə dəstəkləyib və davam etdirib. Məhz bu bacarığına, qabiliyyətinə görə də, Ulu Öndər Heydər Əliyev həmişə Aslan Aslanova lazımi tapşırıqlar verib. O tapşırıqlardan biri isə Azərbaycan-Gürcüstan mədəni münasibətlərinin və dostluq əlaqələrinin qurulması ilə bağlıdır. Yəni Aslan müəllim Ulu Öndərin tapşırığı ilə bu missiyasının altına çiyin verib və həmişə də çalışıb ki, ona verilən etimadı doğrultsun. Bu mənada Aslan müəllim böyük ictimai-siyasi xadim Nəriman Nərimanovun, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin ev muzeylərinin himayəyə götürülməsində və yenidən mədəniyyət nümunələrimizin sırasına qayıtmasında çox böyük xidmətlər göstərib. Eyni zamanda, bu gün Nəriman Nərimanovun, eləcə də Cəlil Məmmədquluzadənin ev muzeyləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə verilib. Hələ Fətəli Xan Xoyskinin itmiş qəbrinin üzə çıxmasında və bərpa edilməsində onun nə qədər xidmətləri olub. Aslan müəllimi tanıyanlar bunu yaxşı bilirlər. Aslan müəllimin köməkliyi ilə onun məzarı aşkar edilib, başqa yerə köçürülüb və orda abadlıq işləri görülüb. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev özü 1996-cı il mart ayının 9-da Gürcüstanda olarkən Fətəli Xan Xoyskinin büstünün açılışında iştirak edib. Gürcüstandakı tanınmış soydaşlarımızın Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynulla Eynalı bəy Sultanov, Behbudağa Şaxtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və başqalarının nəşi dəfn edilib. Siyahıda adları əbədəşdirilənlərə ehtiram əlaməti olaraq ərazidə səliqə-səhman yaradılıb, yaşıllaşdırma işləri aparılıb, dekorativ güllər əkilib, yollar abadlaşdırılıb.

Tbilisinin mərkəzində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ikimərtəbəli möhtəşəm mülkü erməni və erməni qarışıq ailələrdən geri alınıb. Və həmin mülk muzeyə çevrilib və Azərbaycanın mədəni irsi kimi tarixə qovuşub. Bütün bu məsələlərin öz həllini tapmasında dövlətə və dövlətçiliyə xidmətiylə fərqlənmiş Aslan Aslanovun əvəzsiz zəhməti olub.

Hamının yaxşı yadındadır ki, bir vaxtlar Gürcüstanda ötən əsrin 90-cı illərin əvvəllərində soydaşlarımıza ermənilər və yerli gürcü şovinistləri tərəfindən böyük təzyiqlər olunurdu ki, onlar ölkəni tərk eləyib Azərbaycana pənah gətirsinlər. Bax, onda da Ulu Öndər Heydər Əliyev siyasətini Aslan Aslanov çox məsuliyyətlə həyata keçirə bildi. Elə bir həftə olmazdı ki, o, öz komandası, ətrafıyla Gürcüstana getməsin, orda yaşayan həmyerlilərimizə maddi və mənəvi kömək göstərməsin. Bir çox məscidlər, məktəblər həmin dövrdə əsaslı surətdə təmir olundu, Gürcüstanda Azərbaycan dilində oxuyan şagirdlər kitablarla və müxtəlif dərs ləvazimatları ilə davamlı olaraq təchiz edilirdilər.

Bir dəfə qonaq otağında olanda mən çox istedadlı xalq şairi Nəriman Həsənzadə ilə görüşdüm. Nəriman müəllim də mehriban və səmimi bir ziyalıdır. İki daşın arasında bizi süfrəyə dəvət etdi və çörək kəsdik. Dedi ki, mən öz dostlarım – Mikayıl Mirzə, Məleykə Əsədova və Laləzar Məmmədova sabah Gürcüstana gedirik. Çünki Aslan müəllim özü bizi bura dəvət edib və bizimlə də Gürcüstana gedəcək. Gərək bizim bir əlimiz Gürcüstanda yaşayan qardaş-bacılarımızın üstündə olsun ki, onlar da isti ocaqlarından didərgin düşməsinlər.

Təbii ki, insan vəzifəsindən, şöhrətindən asılı olmayaraq, o vaxt xalq tərəfindən sevilir ki, o, insanların arasında görünür. Aslan müəllim vəzifədə olanda həmişə xalqın yanında olub… Aslan müəllim kabinetində heç vaxt rahat əyləşməyib… Aslan müəllimin bir ayağı Şəmkirdə, bir ayağı da Gürcüstanda olub…

İnsan vətəninə, xalqına, millətinə bağlı olanda daha böyük və daha əzəmətli görünür. Aslan müəllimi əzəmətli edən həm də Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olması idi. Çünki bu təcrübə, bu metod həmişə onun dadına, köməyinə çatırdı.

Onu gözü götürməyənlər də vardı. Və bir dəfə də 90-cı illərin əvvəllərində ona sui-qəsd edildi. Maşını güllə-borana məruz qaldı. Amma Allah çox istədiyindən Aslan müəllim bu terror aktından xilas olumuşdu. Onu Müdafiə Nazirlyinin hərbi hospitalına gətirmişdilər. Mən də həmin günlər onun ziyarətinə getdim və gördüm ki, otaqda çoxlu tanınmış şəxslər var. Amma onda da bir daha əmin oldum ki, Aslan Aslanov Heydər Əliyev və dövlətçiliyimiz yolunda hətta ölüməyə də hazır idi. Yəni o, Ulu Öndərin tapşırığını yerinə yetirərkən kimlərinsə xəyanətini, kimlərinsə arxadan bıçaq vurmasını gözləyirmiş…

Aslan müəllim hansı vəzifədə olubsa, ona bir ucalıq, şərəf gətirib. O, bir müddət də Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Onda da öz əzəməti, öz ləyaqəti, qürur və məsuliyyətiylə hörmət qazanıb. Yəni bu cür dəyərli insanlar harda olmasından asılı olmayaraq, həmişə dövlətə və ölkə Prezidentinə sədaqətlə xidmət edir.

Bir vaxtlar ona qarşı haqsız hücumlar da oldu. O böhtan qalmadı ki, ona atmasınlar. Amma bu böhtanın heç biri Aslan müəllimə yapışmadı. Başqa sözlə demiş olsaq, yer qayadan heç nə aparmadı. Sadəcə olaraq, o cür böhtanlar bir balaca milçək kimi ürək bulandırdı və bumeranq kimi hər şeydə onların özünə qayıtdı.

Aslan Aslanov bu gün də Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə sədaqətlidir. Harda olmasından asılı olmayaraq, həmişə dövlətin və dövlətçiliyin yanındadır. O, əvvəllər necə qürurluydusa, necə ağayanaydısa, bu gün də elə həmin görkəmdədir. Sadəcə olaraq, dəyişən zamandı. Zaman dəyişir, Aslan müəllim isə elə həminki ictimai siyasi xadim və ziyalıdır. Aslan Aslanov YAP Siyasi Şurasının üzvüdür.

Heç mən onu uzun illərdir görmürəm. Amma əməlləri, dövlətə olan sədaqəti və sevgisi heç vaxt yadımdan çıxmır. Bəlkə də Azərbaycanda çox nadir icra başçıları tapılardı ki, Aslan müəllim qədər jurnalistlərə sevgisi və qayğısı olardı. Amma bəzi jurnalistlər onun çətin anında o istəyə kölgə saldılar. Ancaq yenə Allah-Təala sevdiyi insanları həmişə qoruyur. Və Aslan müəllim də bu gün respublikamızda sayılıb-seçilən, məclislərdə insanlar tərəfindən hörmət edilən, eyni zamanda hörmətlə xatırlanan ziyalılardandır.

O insan ki, ziyalıdır, onun qəlbi Vətən, dövlət eşqiylə döyünür, o insanlar həmişə cəmiyyət, xalq tərəfindən sevilir və yada salınır. Biz elə düşünürük ki, Aslan Aslanov da Allahın və insanların yadından çıxmayan böyük bir ziyalıdır.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK