SON DƏQİQƏ:

ATILAN İLK ADDIM

  192633   |  
Şriftin ölçüsü  

Bu günün Azərbaycan reallığı kifayət qədər rəngarəngdir. Bu rəngarəngliyin içərisində siyasi müstəvi daha çox diqqəti çəkir. Çünki istər hakimiyyətdə olanlar, istər hakimiyyətə iddialılar, istər hər iki tərəfə müxaliflər, istərsə də heç nəyin fərqinə varmadan hər şeyə süst baxışlarla müşahidə missiyasını yerinə yetirənlər öz gücləri daxilində həmin meydanda görünürlər. Yəni siyasi meydan dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ağzı qapalı qazan kimi qaynayır.

Təbii ki, ölkə iqtidarı təkcə ölkənin siyasi meydanın deyil, həm də onun iqtisadi, sosial meydanında da öz siyasətini yerinə yetirir. Bu tərəf birbaşa olaraq, daha doğrusu, bu meydan konkret olaraq iqtidarın nəzarəti altında qalır. Çünki hakimiyyət dövləti, onun vətəndaşlarını iqtisadi, sosial baxımdan qurmaq, təmin etmək yükünü istər-istəməz bir vəzifə kimi daşımaq zorundadır. Amma siyasi müstəvi təkcə ölkədaxili yox, həm də dünya çapı üçün önəmli olduğundan buraya əvvəldə saydığım tərəflərin də, iqtidarın da ayrıca diqqəti olur və bu diqqət də müxtəlif məqamlarda müxtəlif fikir ayrılıqlarına, hətta çəkişmələrə da aparıb çıxara bilir.

Bax, dediyimiz bu siyasi müstəvi həm də bu səbəbdən öz qaynarlığı ilə seçilir. Üstəgəl bu qaynarlığı qidalandıran hakimiyyətə gəlmək istəklərini və onun üçün verilən dəstəkləri. Onda əvvəldə qeyd etdiyimiz rəngarənglik bir az artıq diqqət çəkir. Belə bir şəraitdə ölkədə demorktiyanın göstəricilərindən birinə çevrilən söz azadlığı, fikir azadlığı, siyasi partiya və təşkilatların və qurumların mövcudluğu təbii ki, normal qarşılanır. Ən maraqlı məqamlardan biri də odur ki, təkcə ölkə içində yox, ona kənardan baxanda da həmin o detallar ölkənin nə qədər demokratik olduğunu təxmin etməyə imkan verir.

Bəlli olduğu kimi, dünyanın qabaqcıl ölkələrində, xüsusilə Avropanın bir çox məmləkətlərində siyasi partiya və təşkilatların yaşamının, onun fəaliyyətinin davamlığını təşkil etmək, ona dəstək vermək, lap sadə dildə desək, həmin partiya və təşkilatlara nəfəs vermək üçün dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır. Əslində həmin vəsaitlər ölkə daxilində mövcud olan siyasi partiya və təşkilatların qidasına çevrilir, yaşamı üçün yaradılmış şərait olur. Deməli, dünya praktikasında mövcud olan bu üsul artıq son illərin Azərbaycanında da öz təsdiqini tapmağa başlayır. Zaman-zaman mətbuatda qabardılan, xüsusilə müxalif düşərgənin tez-tez dilə gətirdiyi "siyasi partiyalara maliyyə yardımı" məsələsi məmləkətin gələn ilki dövlət büdcəsində öz əksini tapıb. Hələ büdcənin müzakirələri zamanı parlamentarilərin disskusiya mövzusuna çevirdiyi, fərqli baxışlarla müzakirə etdikləri həmin istək indi qanun halını alıb.

Siyasi partiyalara maliyyə yardımının ayrılması ilə bağlı ölkə gündəmində olan yanaşmaları gözdən keçirəndə aydın olur ki, müəyyən mənada müxalif düşərgə də bu məsələdən məmnundur. Doğrudur, ayrılacaq maliyyə yardımı ilə bağlı yerli icra strukturlarına hesabat vermək məsələsi bir balaca dilxorçuluğa səbəb olsa da, bütövlükdə maliyyə yardımının göstərilməsi siyasi partiyaların bəzilərini xarici qrantlardan, asılılıqlardan xilas olmaq şansını da ortaya qoyub. Təbii ki, bu istək həmin qranta göz dikənlərin öz daxilində olsa.

Bütövlükdə isə partiyalara maliyyə yardımı ilə bağlı gündəmdə olan məsələni şərh edən millət vəkili Aydın Mirzəzadə birmənalı olaraq vurğulayır ki, "birinci dəfədir ki, ölkəmizdə bundan istifadə olunacaq, artıq bununla bağlı vəsait də artırılıb, bu sevindiric haldır". Doğrudan da siyasi həyatda atılan bu addım partiyaların öz üzvlərindən topladıqları maliyyənin, eləcə də müxtəlif formalarda əldə etdikləri maddi dəstəklərin üst-üstə yığılıb normal bir məbləğə çevrilməsinə imkan verəcək. Deməli, həmin vəsait Azərbaycan kimi bir ölkədə gündəmdə qalmaq, siyasi fəaliyyətini normal davam etdirmək üçün tutarlı bir imkan yeridir. Bunu zənnimcə dürüst qiymətləndirmək və məbləğin həcmi ilə bağlı bugünkü disskusiyaları daha əsaslı və təkmil şəkildə növbəti illərə hazırlamaq lazımdır. Çünki həyat davam edir və Azərbaycanın iqtisadi uğurları dəfələrlə büdcəyə yenidən baxılması məsələsini ortaya qoyur. Ola bilsin ki, bu hal yenə gündəmdə olsun. Deməli, siyasi partiyalara maliyyə ayrılması məsələsi də həmin anda diqqəti çəkə bilər.

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK