SON DƏQİQƏ:

KiŞiYANA S?HBƏT

  32680   |  
Şriftin ölçüsü  
?ncə gəlin bir şərt kəsək, bu yazını oxuyarkən söz arxasında, sətir altında, küncdə-bucaqda heç nə axtarmayaq, eləcə kişiyana olduğu kimi, necə görünürsə, necə varsa o cür də oxuyub, o cür də qəbul edəcəyik. Çünki bu yazı sözün həqiqi mənasında heç bir məna güdmədən, heç bir umacaq, istək aramadan və nəhayət, heç kimə xoş gəlmək niyyəti ilə yazılmır. Bu eləcə ürəyimin bir istəyidi... Onu da bilirəm ki, bir kəsin istəyi hamı üçün qəbulolunan deyil. Ona görə ki, hər kəs ayrı-ayrılıqda bir fərddi və fərdin də öz baxışı, öz düşüncəsi, öz ölçüsü, öz arşını var...
   
   Deyirlər ki, dünya beşgünlükdü, hətta zarafat edirlər ki, yerdə qalan iki günü də şənbə-bazara düşür. Həmişəkindən fərqli olaraq bu yazı da təqvimin şənbə günündə yazılır. Adətən isə qəzetimiz şənbə günü oxunurdu. Bayram günlərinin boyu o qədər uzun oldu ki, hətta bir qarış yerdən hündürə atlansam da, gəlib adət etdiyim görüş vaxtına yetişə bilmədim və ona görə də şənbə günü oxunacaq yazını şənbə günü yazdım...
   
   Bir gündən sonra 55 il tamam olur. 55 ildən məni və bu yazını bir gün ayırır. O, 55 ilin 28 ili mənim üçün daha əzizdi, çünki 1980-ci ildən bir gün sonra 55 yaşı tamam olacaq bir insanı əvvəl uzaqdan-uzağa, sonra addım-addım daha yaxından tanımağa başladım. İllər öz sözünü dedi, aylar öz hökmünü verdi və bir gün gördüm ki, onunla birlikdə bir qəzetdə çalışıram.
   
   İndiki kimi yadımdadı, Azərbaycan ordusundan ehtiyata buraxılmışdım və Nəşriyyatın dördüncü mərtəbəsində qarşılaşdıq, hal-əhval tutduq, gözləmədiyim halda "gəl, mənimlə işlə" dedi. Bu, 1992-ci ilin mart ayı idi, özü də ilk günləri. Beləcə, "Ədalət" qəzetində keçən ömrümün ilk cizgiləri görünməyə başladı. Kənardan başqa cür görüb fərqli tanıdığım bir insanla olan səmimi münasibətim bir kollektivin, bir ailənin, bir evin münasibətlərinə çevrildi. Hətta bir dəfə söz-sözü çəkəndə ona təşəkkür edib dedim ki, "sağ olun, mənə çörək verdiniz". ?zünəməxsus halda etiraz etdi, "hər kəs öz çörəyini yeyir, çörəyi isə Allah verir!".
   
   Bəli, mən onun barəsində 40 yaşında da, 45 yaşında da, 50 yaşında da, eləcə sıradan olan doğum günlərində də nə isə yaza bilərdim, amma yazmadım. Ona görə yox ki, icazə vermədilər. Xeyr, sadəcə, mən nə yazmaq istədiyimi, necə yazmaq istədiyimi içimdə üyüdüb-ələyib, sonra bişirmək istəyirdim. Heç indi də onun barəsində təzə bir şey, diqqətçəkən nəsə yazmıram, heç bu yazının nə onun özünə, nə də 55 yaşına dəxli yoxdu. Allah ömür versə 65 yaşında onu necə tanımışamsa, necə görürəmsə, necə varsa, təbii ki, mənim üçün ona az-çox uyğun gələcək, onu az-çox ifadə edəcək nəsə yazmaq arzusundayam. Yenə deyirəm, Allah məni o mənzilə, yəni onun 65 yaşının keçirdiyi o günə aparıb çatdırsa... mütləq yazacam... mənim tanıdığım, mənim gördüyüm, mənim duyduğum bir insan haqqında hamıdan fərqli, hamının görmədiyi məqamlarla, düşüncələrlə dolu bir yazını...
   
   Cəmi bir gün ayırır bizi 55 yaşın qeyd olunacağı gündən. İndi bu yazını kağıza köçürtdükcə özümün 28 ildə nələrdən keçdiyimi, nələri gördüyümü, kimləri qazanıb, kimləri itirdiyimi xəyalımda canlandırıram. Düşünürəm ki, heç mən də az yaşamamışam və bu 28 ildə həyatımda baş verənlər bəlkə də yüz il yaşayan insanların bütün ömründən də dəyərli, önəmli, fərqli, yaddaqalandı. Ola bilsin ki, başqaları bunu bir ayrı cür görüb, qəbul etsinlər, onları da qınamıram. Amma 28 il 55 ilin içərisində yarı yaşdan da artıqdı. Deməli, gördüklərim, duyduqlarım, şahidi olduqlarım bəzən istəyimlə, bəzən mühitə, məqama görə canımdan, qanımdan keçirdiklərim heç də elə-belə, ötəri deyilmiş. Sən demə, mən də papağı günə yandırmamışam. Ən azı bu 28 ildə Azərbaycanın çox dəyərli ziyalılarının özünü, sözünü, işini, əməlini, evini, duzunu-çörəyini tanımışam, dadmışam. O çörəyi Allah versə də...
   
   P.S. Bu yazı əvvəldə dediyim kimi, 55 yaşı tamam olan insana nə təbrikdi, nə üzrxahlıq, nə də yarınmaq. Bu, sadəcə niyyətində olduğum 65 illik yubiley öncəsi istəyimin xırdaca bir cızmaqarasıdı. Aqil Abbas istəsə təbrik kimi də qəbul edə bilər və yaxud da sıradan bir yazı kimi də... Əsas odur ki, oxucular məni düzgün anlasınlar. Çünki indi qulp qoymaq, kiməsə kiminsə yarınmağını qabartmaq istəyənlər yetərincədi. Olsun da... Mən necəyəmsə elə bu yazım da özüm kimi kələ-kötürdü. Bir də hədiyyənin, təbrikin dəyəri, qiyməti onun vəzni ilə ölçülmür. Varın verən indiki vaxtda çətin ki, utansın.
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK