SON DƏQİQƏ:

"AZƏRBAYCAN"IN YENİ SAYI

  14014   |  
Şriftin ölçüsü  
Təbii ki, öz oxucusu, öz oxucu dairəsi, təbii ki, həm də sözün xəstəsi olanların həmişə maraqla gözlədiyi ədəbi jurnallarımız arasında "Azərbaycan"ın öz yeri var və bu da danılmazdı. 1923-cü ildən az qala bir əsri haqlamaqda olan bir zaman kəsiyində işıq üzü görən və kifayət qədər də nüfuz qazanan "Azərbaycan" jurnalı bugünün oxucusu üçün də seviləndi. Ona görə ki, bu jurnalda həm nəsillər görüşür, həm rəngarəng söz dünyası təqdim olunur, həm jurnal öz sifətini qoruyub saxlaya bilir.
Burdaca etiraf edək ki, jurnalın nüfuzunun, sanbalının və sifətinin qorunmasında baş redaktor İntiqam Qasımzadənin, redaktor müavinləri Südabə Ağabalayevanın, Əsəd Cahangirin və məsul katib Tofiq Mahmudovun xidmətləri danılmazdı. Əslində isə gerçək olan budur ki, məhz bu adamlar jurnalı tam bitkin şəkildə yaradıcılıq mətbəxindən oxucu süfrəsinə gətirir. Özü də həmişə onun sayında mütləq hər dəfə maraqlı, diqqətçəkən yeni imzalara da rast gəlmək mümkündü. Mən şəxsən bu jurnalın hər yeni sayını səbirsizliklə gözləyirəm və jurnalı əldə edən kimi öncə xasiyyətimə uyğun olaraq onun ilk səhifəsinə, yəni mündəricatına göz yetirirəm. Bu dəfə də belə etdim. Mən sevimli yazıçımız, Azərbaycan ədəbiyyatının çox nüfuzlu və dəyərli simalarından biri, onun sərhədlərimizdən kənarda sevdirən xalq yazıçımız Anarın "Göz muncuğu" povesti bir oxucu kimi məni sevindirdi. Açığını deyim ki, son bir ildə Anar müəllimin mətbuatda dərc olunmuş hekayə və publisist yazılarından sonra ilk dəfə idi ki, mən onun irihəcmli bir povesti ilə baş-başa qalırdım.
"Azərbaycan"ın 11-ci sayında həmçinin Səxavət Talıblının "Adəmin övladları" romanının əvvəli də işıq üzü görübdü. Nəsri sevənlər yəqin ki, bu romana da diqqət ayıracaqlar. O ki qaldı poeziyaya, burada da bir-birindən maraqlı imzalar oxucu yolu gözləyir. İlk olaraq artıq imzası imzalar içərisində seçilən Qəşəm Nəcəfzadənin şeirlərini oxudum. Qəşəmin jurnalda yer alan şeirlərinin əsas mövzusu insandı. O insan ki, o sevir, sevilir, dünyasını dəyişsə də ruhən yaşayır. Məsələn:

Heç fikir eləmə qurbanın olum,
Adam başqasını gedib sevər də...g
Adam sevdiyini ata bilər də...g
Təzə iş deyil ki, başıma gələn...g
Başına dönüm...g

Adam sevinər də, unudular da
Gedib başqasına uymaq da olar
Bir gün yada düşər atıb getdiyin
Sonra peşman olub qayıtmaq olar
Adam bağışlar da, bağışlamaz da.

Və yaxud:

Bir sirr uçurmuşam kəpənəklərə
Yazağzı uçanda soruşarsınız
Nə olsun keçən il bar verməyiblər
Bu il arılarla barışarsınız.

O dağın dikində iri qaya var
Baxın koğuşunda neçə yuva var
Qayanın dalında qərib oba var
Gedib obalarla danışarsınız.

Təbii ki, Qəşəmin bütün şeirlərindəki ovqatı bir-bir açmaq fikrində deyilik.
Çünki bu daha çox oxucunun misiyasıdı. O ki, qaldı digər müəlliflərə, jurnalın bu sayında biz Yusif Həsənbəyin, Anar Amilin, Səfər Səfərlinin şeirləri ilə də tanış olmaq imkanı qazanmışıq. Poeziya bölümündə istedadlı şair Əlizadə Nurinin şeirlərini oxuduqca az-çox söz anlayan bir oxucu kimi mən də müəyyən duyğuların, hisslərin üzərində kökləndim.

Havanı oxşayan saz havasıyla
Nazəndə qızların naz havasıyla
Mənə nəfəs verin yaz havasıyla
Mənə nəfəs verin, dirilim bir az.

Bir azmış durnanın ahı kimiyəm
Qürbətdə ölmüşün ruhu kimiyəm.
Mən təzə qazılmış quyu kimiyəm
Axıdın suyunu - durulum bir az.

Bu yağış göylərin ahın gətirirg
Dərdinə dəyməyin, baxın, gətirin.
Dağları bir azca yaxın gətirin
Dağlara yaxından vurulum bir az.

Zənnimcə, bu misraların oxucuya bəxş etdiyi, yaşatdığı o duyğusal anları ancaq hər kəs özü ifadə edə bilər. Ona görə də Əlizadə Nurinin "Azərbaycan"ın bu sayındakı şeirlərini oxucuların ixtiyarına verirəm. Qoy özləri oxuyub, özləri fikir versinlər.
Yeri gəlmişkən, xeyli vaxtdır ki, imzasını soraqladığım dəyərli qələm dostum Xosrov Natilin şeirlərini jurnalın bu sayında görəndə onun poeziyasının pərəstişkarı kimi çox sevindim və necə deyərlər, bu şeirləri jurnalın bir hədiyyəsi kimi qəbul etdim. Özünəməxsus yazı manerası olan Xosrovun 11-ci saydakı şeirlərindən bir parçanı oxucuların diqqətinə çatdırıram.

Xoşbəxtlər bir olur günün altında
Ulduzlar görünəndə, ay batanda,
Oyananda, yatanda
Xoşbəxtsənmi gözəlim,
Gec qaldım bağışla
Bizim hər dilimiz qarla başlar
Mübarəkdi yeni ilin.
Əllərindən öpərim
Sənin Xosrov Natilin.

Və yaxud:

Bir xanım öləcək,
bir qadın öləcək
bir ana öləcək
filankəs öləcək
və hər kəs öləcək
ölənin dünəni
bugünü öləcək
sabahı öləcək
səhəri, axşamı öləcək
və hamı öləcək
və hamı...g
ölənlə ölməyəcək
əcəli öləcək ölən adamın.

Bəli, düşünürəm ki, juranlın bu sayındakı zəngin poeziya çələngi, eləcə də İlqar Fəhminin "Zümrüd parıltısı" dramı, həmçinin Vaqif Yusiflinin "Böyük kitab" məqaləsi və digər bir-birindən maraqlı yazılar oxucular tərəfindən də xoş ovqatla qarşılanacaq və onların bu ovqatını jurnalın kitab rəfi daha da zənginləşdirəcəkdi. Bu xoş ovqatı bizə yaşadan "Azərbaycan" jurnalına daha böyük uğurlar arzu edirəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK