adalet.az header logo
  • Bakı 13°C
04 Dekabr 2021 09:05
1393
MƏMLƏKƏT
A- A+

"Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyi layihəyə başladı

Azərbaycan Respublikasi Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  "Sosial Xidmətlər Agentliyi"-nin maliyə dəstəyi ilə "Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili məqsədi ilə layihənin icrasını həyata keçirməyə başlamışdır.

 Layihə Ağstafa,Gədəbəy,Zaqatala,Balakən,Lerik,Bərdə rayonlarını əhatə edir. Reabilitasiya müəssisələrinin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların tibbi, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı yolu ilə cəmiyyətin həyatında sərbəst iştirakına və sosial inteqrasiyasına şərait yaradılmasını təmin etməkdir.  Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensialını müəyyən etmək, eləcə də onların valideynlərinə lazımi məsləhət və dəstək xidmətlərini göstərilməsi fəaliyətin əsas istiqamət sahələrindəndir. Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya potensialının reallaşdırılması üzrə tədbirləri həyata keçirmək Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olma, fiziki və əqli potensiallarının üzə çıxarılması məqsədi ilə mərkəzlərdə təlimlər keçirilməkdədir.

Həmçinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial-mühit diaqnostikası və sosial-psixoloji testlər aparılır,mühit oriyentasiyası tədrisi və müstəqil yaşamaq vərdişlərinin öyrədilməsi aşılanır. 

İnanırıq ki, bu layihə ən ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqlarının inkişafını və sosial müdafiəsini keyfiyyətli xidmətlər və müdaxilə proqramları vasitəsilə dəstəkləməklə onların həyatında olduqca böyük rol oynayır.” Belə layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurla icra olunduğunu bir daha nümayiş etdirir.