"Demokratlar Trampı uğursuzluğa düçar edə bilməyəcəklər!" - Ağ Ev
ABŞ prezident administrasiyası Demokratların ABŞ prezidenti Donald Trampın prezidentliyinin növbəti iki ilində məqsədlərinə çatmasına mane olmaq üçün etdiyi bütün cəhdlərin uğursuz olacağına dair bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
"Radikal solçular, saxta xəbərlər və peşəkar həyəcan təbili çalanlar Prezident Trampın nekroloqunu yazıblar və yanılıblar. Yenə də yanılacaqlar", - bəyanatda qeyd olunub.
Bildirilir ki, Trampın prezidentliyinin növbəti iki ilində Demokratlar hazırkı prezidentin etdiyi hər şeyi "tərsinə çevirməyə" çalışacaqlar və "uğursuzluğa düçar olacaqlar".
Administrasiya əlavə edib ki, Demokratların Trampı impiçment etmək üçün son cəhdləri də uğursuz olacaq.
"Onu impiçment etmək, planlarını məhdudlaşdırmaq və ya administrasiyasının nailiyyətlərini tərsinə çevirmək cəhdləri radikal solçuların əvvəlki cəhdləri ilə eyni aqibətlə üzləşəcək, yəni uğursuzluqla. Prezident Tramp heç vaxt mübarizəsini dayandırmayacaq",- Ağ Evin açıqlamasında deyilir.
Digər Xəbərlər
12 Noyabr 2026 17:48
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
12 Noyabr 2026 14:00
Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
12 Noyabr 2026 10:44
Prezidentləri qarşılayan fəxri qarovul dəstəsinin iki üzvü yerə yıxıldı - VİDEO
12 Noyabr 2026 10:08
Trampın xüsusi elçiləri yenidən Moskvada
12 Noyabr 2026 10:02
Semeru bir gündə altı dəfə püskürüb
12 Noyabr 2026 09:24
Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
12 Noyabr 2026 09:17
Sakit Okeanda yeni ekosistem kəşf edildi
11 Noyabr 2026 22:14


Bakı -°C

