adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 22:43
95
SİYASƏT
A- A+

Ərdoğan Azərbaycanın hava məkanında İlham Əliyevə səmimi arzularını çatdırdı - VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti".