Ev heyvanı saxlayanlara pis xəbər
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq.
Adalet.az xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyən edilib.
Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsbit edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na uyğun olaraq, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.
Bununla əlaqədar 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.
Qeyd olunan illər ərzində edilən müraciət sayının, pasportun verilməsi üçün sərf olunan maliyyə resurslarının və digər xərclərin artması səbəbindən baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.


Bakı -°C

