Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşam saatlarından 6-sı səhərədək Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq paytaxtda və Abşeron yarımadasında, eləcə də Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.
Sarı xəbərdarlıq elan edilən Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.
Digər Xəbərlər
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
15 Noyabr 2026 21:10
Azərbaycanda uşaq belə xilas edildi - VİDEO
15 Noyabr 2026 17:12


Bakı -°C

