Bizim ən böyük " xəstəlik"lərimizdən biri tərifdir! Düşünürük ki, insanlar arasında ən yaxşı ünsiyyət vasitəsi elə tərifdir! Ən azından ona görə ki, kimsə tərəfləyəndə başın heç vaxt " ağrımaz" və qulağın dinc olar! Hara gedirsən əksər insanların bir- birlərini təriflədiyini eşidirsən və görürsən! Televiziya kanallarında bir də görürsən ki, beş- altı müğənni yığışıb bir- birlərini tərifləyir.
Hansı ki, onların heç birinin istedadı, şirin səsi, səhnə mədəniyyəti yoxdur. Ağızlarını açan kimi toydan, maşından, evdən danışırlar. Bu onu tərifləyir, o da bunu! Belə verilişlərə baxanda adamıl lap əti tökülür və adamın gözlərini " mazol" eləyən müğənnilərdən lap zəhləsi gedir.Müğənni oxumur ey, sanki danışır və qarğanın səsi onun səsindən yaxşıdı. Amma yanındakı " müğənni " deyir ki, sənin bal səsin var! Lap yalançının...
Bax, adam onda yanıb tökülür ey! İslam Rzayevə də deynən bal səsin var... Qədir Rüstəmov da deyənən bal səsin var... Arif Babayevə də deyənən bal səsin var.. Bir toy müğənnisinə də deynən bal səsin var... Axı camaat kor, kar , lal deyil axı! Və heç kim də çörəyi qulağına yemir! Yersiz tərif qədər adamın evini yıxan ikinci bir şey yoxdur! El arasında belə bir deyim var:" Tərif yıxan evi fələk yıxmır".
Bəzi şairlər , yazıçılar da belədir! Hərənin öz əhatə dairəsi, öz " kruqu" var! Və onlar da başlayırlar bir- birlərini tərifləməyə! Ancaq yazdıqları, şeirlər, hekayələr, povestlər bir qəpiyə dəyməz ! Burda Ramiz Rövşən bir fikri yada düşür:" Qızıl kəlmə şeirləri yandırdılar,bir qəpiklik şeirləri tərifləyib ağladılar..." Bax , bu gün poeziyamızda və nəsrimizdə bu " xəstəlik" var , özü də sağalmayan xəstəlik! Bir də gördün bir şairin, yaxud da, bir yazıçının orta səviyyəli əsrinə tanınmış yazarlar tərifləyib göyün yeddinci qatına qaldırırlar. Sən də onlara inanıb, göyün yeddinci qatına qaldırılan şairin o əsərini talıb oxuyursan , görürsən ki, hər şey adidir və qeyri - adı heç nə yoxdur.
Əgər o yazıçının pulu, imkanı varsa , hamı onu tərifləyəcək! Bir vaxtlar vəzifədə ola bir yazıçı vardı və insafən də pis yazıçı deyildi , çox istedadlı adama da kömək edirdi! Bax onda tənqidçilər onun tərifini göyün yeddinci qatına qalldırırdi! Amma indi onu yada salan yoxdu,çünki həmin vəzifə , həmin pul yoxdu! İndi ondan da yaxsı yazır ha! Bəs həmin məddahlar harda itib- batıblar!? Onlar başqa bir " yağlı" pullu adamlar axtarırlar. Vəzifədə olan adamı o qədər tərifləyirlər ki,deyirsən, yəqin bu adam peyğəmbərdi, mələkdi! Həmin adam da onu tərifləyənlərə inanır! Vəzifədən çıxanda onu tərifləyənlər yıxıb- sürüyür, hətta yeddı arxa dönənin söyürlər! Heç qoymurlar ey, bir müddət.keçsin! Vəzifədə olanda növbəyə durub, tərif dedikləri kimi, vəzifədən çıxanda da növbəyə durub onu söyürlər!
Bunu kim edə bilər??? Əlbəttə ,yaltaq və ikiüzlü, min üzlü adamlar! Onlara adam da demək olmaz! Onlar şeytan,iblisdilər! Burdan belə bir məntiqi nəticəyə gəlmək olar ki, səni həddindən çox tərifləyənlər, sənə işi düşən yaltaqlardı. Çünki onlar sənin dostun yox, düşmənindir! Bax ,özünüzü belə məddahlardan və yaltaqlardan qoruyun!!!


Bakı -°C
