İşsiz şəxslərə şad xəbər
"2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
"Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur", - deyə nazir bildirib.
Digər Xəbərlər
05 Noyabr 2026 12:00
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
05 Noyabr 2026 11:35
Pensiyaçılara şad xəbər: Gələn il orta aylıq pensiya bu qədər olacaq
05 Noyabr 2026 10:57
FHN-dən əhaliyə çağırış
05 Noyabr 2026 09:29
İğdırda Azərbaycan coşğusu – FOTO
04 Noyabr 2026 18:37
Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
04 Noyabr 2026 18:28
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 17:25


Bakı -°C

