DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı
DTX tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunmuşdur.
Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılmış, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülmüşdür.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 Noyabr 2026 18:00
Evli qadını şantaj edib pulunu aldı – Direktor müavininin gizli EŞQ DRAMI
04 Noyabr 2026 10:07
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
03 Noyabr 2026 17:07
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi
03 Noyabr 2026 12:24


Bakı -°C

