Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı
Xəbər verildiyi kimi, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.
22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
03 Noyabr 2026 12:24
Azərbaycan və Ukrayna polisindən birgə əməliyyat... - VİDEO
03 Noyabr 2026 11:05
Daha bir tiktoker həbs edildi
02 Noyabr 2026 16:07
Monteneqroya qaçan azərbaycanlı tutuldu
02 Noyabr 2026 11:56
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11


Bakı -°C

