Monteneqroya qaçan azərbaycanlı tutuldu
Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan ölkəmizə ekstradisiya olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Dadaş Balakişi oğlu Dadaşzadənin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində D.Dadaşzadənin Monteneqro Respublikasının ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Digər Xəbərlər
16 Noyabr 2026 11:57
Maşının nömrəsini saxtalaşdırdı - Narkotik aludəçisi imiş - VİDEO
14 Noyabr 2026 00:30
Bakıda kafedə insident - Saxlanılanlar var - YENİLƏNİB
13 Noyabr 2026 19:58
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı - VİDEO
13 Noyabr 2026 17:45
Tovuzda hamilə qadın bıçaqlandı
13 Noyabr 2026 17:30
Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
13 Noyabr 2026 09:10
Polis "TikTok"da 300 min manatlıq dələduzluq edən şəxsləri saxladı
12 Noyabr 2026 12:31
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var -VİDEO
12 Noyabr 2026 12:13


Bakı -°C

