Fermerlərə şad xəbər: Dəstək artırılır
Gələn il kənd təsərrüfatı tədbirləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 2153.3 milyon manat məbləğində vəsait ayrılacaqdır ki, bu da 2020-ci illə müqayisədə 176,5 milyon manat və ya 8.9 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 335,8 milyon manat və ya 18,5 faiz çoxdur.
Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 247.4 milyon manat və ya 44,7 faiz, baytarlıq tədbirləri üçün 53.3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 8,4 milyon manat və ya 18,6 faiz çox vəsait proqnozlaşdırılıb.
Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 522,6 milyon manat vəsait proqnozlaşdırılıb.
Digər Xəbərlər
04 Noyabr 2026 12:20
1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
04 Noyabr 2026 10:26
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
03 Noyabr 2026 17:58
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
03 Noyabr 2026 13:07
Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq
03 Noyabr 2026 12:36
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
02 Noyabr 2026 13:58
Oktyabrda hava iqlim normasından yuxarı olub
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31


Bakı -°C

