adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2021 19:01
869
SİYASƏT
A- A+

Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə, nəktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.