Şeyx Əbdül: “Aldığım təqaüd müalicələrimə yetmir”
Artıq xəstəxanalardan əlimi üzmüşəm. Ev şəraitində müalicə alıram. Bəzi xəstəxanalardan narazıyam. Demək olar ki, beş xəstəliklə mübarizə aparıram. O dərmanların pulu həddindən artıq yüksək məbləğdir. Aldığım təqaüd müalicələrimə yetmir. Dərmanlarım o qədər çox pul tələb edir ki, məişət qayğılarımı qarşılaya bilmirəm.
Bu sözləri Adalet.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) söyləyib:
“Ən böyük maddi və mənəvi dəstəyi Mədəniyyət naziri cənab Adil Kərimlidən və Kinemotoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovan görürəm.
Cənab nazir də, Şəfiqə Məmmədova da tez-tez zəng edirlər. Səhhətimlə maraqlanırlar.
Ancaq evimdə 2-3 nəfər işsiz insan var ki, onların da qayğılarını çəkirəm. Onların işsiz olması da psixoloji olaraq məni sarsıdır. Mənə ayrılan təqaüd dərmanlarıma yetmir, nəinki məişət qayğılarımı ödəsin… 83 illik ömrünün 70 ilini kinoya həsr edən bir adam üçün bu durumda olmaq çox çətindir.
Dostlarımın bir çoxu sənət adamıdır. Sənət adamının nə maddi imkanı var ki, mənə kömək etsin? İmkanı olanların da səsi çıxmır.
Amma mən yenə də səslənirəm ki, ömrünü bu sənətə həsr etmiş qocaman sənətkar kimi yardıma , maddi dəstəyə ehtiyacım var. Müalicə aldığım xəstəxanalar hamısı özəldir. Müayinə qiymətləri həddindən artıq yüksəkdir. Bir yox, beş xəstəliklə mübarizə apardığım üçün dərmanlarım tez- tez başqaları ilə əvəzlənir. Bütün bunlar mənim artıq maddi gücüm daxilində deyil.
Nə maddi, nə də mənəvi gücüm qalıb. Mübarizə aparmaq çox çətinləşib”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31
Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
28 Oktyabr 2026 11:32
AKTYOR: “Sənətə gətirdiklərimiz indi bizi saymır”
26 Oktyabr 2026 12:40
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO
25 Oktyabr 2026 16:42
Xalidə Gözəl vəfat etdi
25 Oktyabr 2026 13:15
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
23 Oktyabr 2026 14:58
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
22 Oktyabr 2026 16:42


Bakı -°C

