Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniyada müəyyən edilən daha bir şəxsin oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ona etibar edilmiş ümumilikdə 78 min manat məbləğində külli miqdarda pulu nağd şəkildə distribütorlardan götürüb, şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) ittiham olunan Azərbaycan vətəndaşı Elçin Nüsrət oğlu Abdulxalıqovun yeri Albaniyada müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Albaniyanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Elçin Nüsrət oğlu Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Digər Xəbərlər
29 Oktyabr 2026 11:18
DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - YENİLƏNİB
27 Oktyabr 2026 09:42
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
27 Oktyabr 2026 09:15
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
26 Oktyabr 2026 19:10
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - YENİLƏNİB
26 Oktyabr 2026 10:21
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
26 Oktyabr 2026 09:33


Bakı -°C

