ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
ABŞ enerji sahəsində atəşkəs danışıqları çərçivəsində Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya ixracının bərpasını təklif edir.
Adalet.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, sentyabr ayında ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoff tərəfindən müzakirə olunan təşəbbüs Rusiya qazının ABŞ-ın vasitəçiliyi ilə Avropaya nəqlini nəzərdə tutur.
Bu planın amerikalı investorlar üçün maliyyə gəliri yaratmaqla yanaşı, Ukraynaya tranzit gəlirləri qazandıracağı ehtimal edilir.
Vaşinqton, həmçinin Rusiyanın müharibəni maliyyələşdirmək üçün qaz satışından əldə etdiyi gəlirlərdən istifadəsinin qarşısını almaq məqsədilə vəsaitlərin depozit hesabında saxlanılmasını təklif edib.
Lakin Avropa ölkələri bu təşəbbüsə qarşı çıxırlar. Onlar 2027-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaqla bağlı götürdükləri öhdəlikləri əsas gətirirlər.
Digər Xəbərlər
02 Noyabr 2026 10:50
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
30 Oktyabr 2026 18:23
“Azərsun Holdinq” qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
30 Oktyabr 2026 11:44
Mikayıl Cabbarova müşavir təyin edildi
30 Oktyabr 2026 11:13


Bakı -°C

