Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb
Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.
Adalet.az bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.
Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.
Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.
Digər Xəbərlər
02 Noyabr 2026 20:25
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar
02 Noyabr 2026 19:56
"İrana qarşı yeni hərbi əməliyyatlar hazırlanır" - Rusiyadan xəbərdarlıq
02 Noyabr 2026 19:38
İranda ABŞ ilə bağlı gözlənilməz dönüş - Xamenei əmr verdi
02 Noyabr 2026 17:43


Bakı -°C

