adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 11:11
89
HADİSƏ
A- A+

Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb.

Adalet.az  xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

M.Ramazanovun hansı səbəbdən su anbarına düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.