adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 15:56
83
DÜNYA
A- A+

Dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Dünyada öldürülən jurnalistlərin sayı 2024-2025-ci illərlə müqayisədə 20% artaraq 189-a çatıb.

Adalet.az xəbər verir ki, bu barədə məlumat UNESCO-nun hesabatında qeyd olunub. 

Bildirilir ki, 2024-2025-ci illər arasında media nümayəndələrinin və kontent yaradıcılarının qətlə yetirilməsi hallarının sayı 2014-2015-ci illərdən bəri ən yüksək olub.

Sənəddə deyilir ki, təkcə ötən il son səkkiz ildə digər illərdən daha çox jurnalist öldürülüb. Bu ölümlərin əksəriyyəti silahlı münaqişələrdə, o cümlədən pilotsuz təyyarələrin hücumlarında baş verib.

Ən çox jurnalist ölümü ərəb ölkələrində, eləcə də Latın Amerikası və Karib dənizi ölkələrində qeydə alınıb: orada müvafiq olaraq 97 və 37 media nümayəndəsi öldürülüb.

UNESCO-nun məlumatlarına görə, son iki ildə ən çox jurnalist Fələstində öldürülüb - ən azı 62 media işçisi.

Sənəddə həmçinin vurğulanır ki, son iki ildə Ukraynada 12, Rusiyada isə iki jurnalist həlak olub.