Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib.
Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "CSCEC International" şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdə baş tutub: "Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində "CSCEC International" şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik".
"CSCEC International" bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkədir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.
Digər Xəbərlər
02 Noyabr 2026 16:46
“Gözel Seeds” və ADA Universiteti aparıcı alimləri bir araya gətirdi - FOTOLAR
02 Noyabr 2026 15:45
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
02 Noyabr 2026 10:50
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
30 Oktyabr 2026 18:23


Bakı -°C

