adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Oktyabr 2021 11:53
1275
GÜNDƏM
A- A+

"Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib" - Hulusi Akar

Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.

O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb:

"Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.