adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 23:30
93
İDMAN
A- A+

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! - YENİLƏNİB

"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

Adalet.az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

 

 

23:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.

Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.

 

23:02

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.


22:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

 

22:47

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.

Tellur Mütəllimov adını tabloya yazdırıb.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.

22:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.

Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.

22:15

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.

61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.

 

21:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

 

21:37

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

 

21:27

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

 

***20:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

20:45

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.