Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin bütün əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Dənizkənarı Bulvar İdarəsinin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir.
Nazirlər Kabineti Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etməlidir.
Digər Xəbərlər
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Avqust 2026 15:11
“Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün..."
25 Avqust 2026 13:32
“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”
25 Avqust 2026 11:00
“Böyük tarixləri yaratmağı yalnız böyük tarixi şəxsiyyətlər bacarırlar”
24 Avqust 2026 20:33
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - FOTOLARI
24 Avqust 2026 19:59
Prezidentin Özbəkistana səfəri BAŞA ÇATDI - FOTOLAR
24 Avqust 2026 18:04


Bakı -°C

