“Tələbəlik illərinin yadda qalmasını arzulayıram”
Elm və təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan gəncləri təbrik edib.
Adalet.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Tələbə adını qazanan əziz gənclərimiz!
Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram.
Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!”, - nazir paylaşımında bildirib.
Qeyd edək ki, ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul olunanlar arasında 4 215 subbakalavr da yer alıb.
Digər Xəbərlər
25 Avqust 2026 16:05
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25 Avqust 2026 15:24
Əkiz bacılar eyni ixtisasa qəbul olundu
25 Avqust 2026 12:41
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
25 Avqust 2026 11:11
Universitetə qəbul olan şəhid övladları - SİYAHI
24 Avqust 2026 20:13
Kəlbəcərdə ilk məktəbin yeganə məzunu tələbə adını qazandı
24 Avqust 2026 19:38
Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir
24 Avqust 2026 19:16
169 nəfər müsabiqədənkənar tələbə oldu
24 Avqust 2026 19:05


Bakı -°C

