“Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün..."
“Bu gün Ermənistanın korrupsiyaya qarşı mübarizə komitəsinin əməkdaşları tərəfindən keçmiş prezident, Xocalı qatillərindən biri Robert Köçəryanı saxlayıb. İlkin mərhələdə Köçəryana qarşı irəli sürülən ittihamda onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakını dəyərindən daha aşağı qiymətə mənimsəməsi, ətrafında olan insanlarla birgə bir çox cinayətlər törətməsinə dair əsaslı şübhələr yaranıb”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, əslində Köçəryan ailəsi Ermənistan ərazisində bir çox gəlir gətirən obyektlərin sahibi olublar və onların vergidən yayınma məsələlərində də dəfələrlə adları hallanıb:
“İrəvanın mərkəzində böyük bir “Toyota” avtomobil salonu, Köçəryanın oğlunun həyat yoldaşının çoxsaylı gözəllik salonları, ailəyə məxsus olan marketlər, otellər, istirahət mərkəzləri də var ki, onların da hansı yolla əldə edilməsi yəqin ki, araşdırılacaq. Amma bizi daha çox narahat edən başqa məsələdir. Köçəryan Azərbaycan xalqına qarşı çox qanlı cinayətlər törədib. Xocalı soyqırımının əsas təşkilatçısı və iştirakçısı birbaşa Köçəryan olub. Kütləvi qırğınların törədilməsinə birbaşa rəhbərliyi o həyata keçirib”.
Ə.Verdiyev bildirib ki, əlavə olaraq da həm Robert Köçəryan, həm də ondan sonra Ermənistan rəhbərlik edən Serj Sarkisyan dəfələrlə Xocalı soyqırımını törətdiklərini etiraf ediblər:
“Soyqırım siyasətini həm də dəstəkləyiblər. Sonradan isə revanşizm ideyalarının təbliğ edilməsində Köçəryanın iştirakının şahidiyik. Hazırda Azərbaycanla Ermənistan sülh əldə olunmasına kifayət qədər yaxın məsafədədirlər. Azərbaycan birtərəfli qaydada Ermənistana bütün kommunikasiya xətlərinin açılmasına qərar verib. Hazırda dəmir yolu artıq min tonlarla yükü Ermənistana daşıyıb. Belə bir vəziyyətdə Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün müsbət bir siqnal kimi də qəbul edilə bilər. Burada təbii ki, bizim əsas gözləntimiz Köçəryana qarşı Qarabağda törətdiyi cinayətlərlə bağlı ittihamların elan edilməsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 16:50
Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Avqust 2026 13:32
“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”
25 Avqust 2026 11:00
“Böyük tarixləri yaratmağı yalnız böyük tarixi şəxsiyyətlər bacarırlar”
24 Avqust 2026 20:33
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - FOTOLARI
24 Avqust 2026 19:59
Prezidentin Özbəkistana səfəri BAŞA ÇATDI - FOTOLAR
24 Avqust 2026 18:04


Bakı -°C

