adalet.az header logo
  • Bakı -°C

Yas mərasimləri və ehsan... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
78 | 2026-08-22 16:52
A- A+

... Hələ də bir çoxlarımız " ehsan"- deyəndə yas mərasimlərində verilən  yeməkləri xatırlayarıq! Amma ehsan tam fərqli bir əməl deməkdir. Yəni ehsan rəhmətə getmiş adamın xatirəsinə savab iş   görəmdir; yol çəkdirməkdir, bulaq  açmaqdir, bir fağır, yazıq , kasıb adama kömək etmək, əl tutmaq, arxa durmaqdır.

Yoxsa , nə qədər yemək- içmək verəsən də o, ehsan sayılmır.Nə isə... Bu barədə mübahisə eləmək istəmirəm! Çünki həmin sahənin dəfələrlə yaxşı bilən din xadimləri var! Amma onlar da çox vaxt hər şeyi öz " arşın" ları ilə ölçürlər... İndi ölkəmizdə , xüsusilə də, Bakıda çox sayda mərasim evləri var! Və orda da yas məclisləri verilir! Lap yaxşı. Hələ biz bahalı , günü min manata olan çadırları demirik! Əksər rayonlarda yas mərasimlərində yemək vermək yığışdırılıb. Bu isə kasıb və imkansız  adamalrın işini yüngülləşdirib.

Belə ki, lap bizim Bəhəmənlidə rəhmətə gedən adamın yas məclisini vermək üçün ən azından 15 min manat pul xərclənirdi. Birindən qırxına qədər hər cümə axşamı yemək verilirdi. Amma sonradan rayonda camaat ənənəni  yenisi ilə əvəzlədi. Belə ki, yas mərasimlərində yemək verilmədi. Təbii ki, bu yeni adət el- oba, camaat tərəfindən  hörmətli qarşılandı. Və kimliyindən asılı olmayaraq  hamı bu qaydalara əməl etdi! Düz də elədilər. İndi yas mərasimlərində çay, qənd, limon, halva, su verilir.

Əgər əvvələr bir nəfərin yas  məclisində 15 min manata yaxın pul xərclənirdisə,indi uzağı 1000- 1500 manat pul çıxır! Görün, nə qədər fərq var? Gəlin, düşünək bunun nəyi pisdir!!! Və heç kim də  bu yeni adəti pozmur! Bəs Bakıda niyə belə deyil?.Çunki Bakıda  yas mərasimlərinə  bir çox imkanlı adamlar biznes marağı ilə yanaşırlar! Aydındır ki, mərasim evlərinin sahibləri varlı adamlardır. Elə mərasim yeri var ki, orda 8-9 zal var . Və hər gün də yas məclisi. Bir nəfər üçün 15 manatdan 50- i manata kimi qiymətlər var.

Heç indi şadlıq  saraylarının sahiblərin mərasim yerləri qədər pul qazanmırlar. Çünki Məhərrəmlik və Səfər ayları ilə əlaqədar hər il iki aydan çox şadlıq saraylarında toy olmur, amma elə mərasim yerləri  var ki, hər gün bütün zalları dolu olur, hətta gündə iki dəfə dolub, boşalır. Ona görə də, bir çox iş adamları şadlıq saraylarının təyinatını dəyişərək  mərasim evinə çevirir. Bəs yeni ənənələr  Bakıda niyə yaranmır? Hər şey kasıblar üçün tətbiq edilməlidir?Əgər yeni adət-ənənə yaranırsa,.bu, kimliyindən asılı olmayaraq hamıya şamil edilməlidir! Bakıda  isə mərasim qüvvələri mövcuddur! O qüvvənin qarşısını isə hələ ki, heç kim ala bilmir və belə getsə , ala bilməyəcəklər də! Çünki burada bir çox biznes imperiyasının böyük  maraqları  var!!!

TƏQVİM / ARXİV