Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB
Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 25-də II Fəxri xiyabanda dəfn edilib.
Adalet.az xəbər verir ki, mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
***
Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
Vida mərasimi Təzə Pir məscidində keçirilir. Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil düzülüb.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Xatırladaq ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

