Bakıda məşhur gecə klubunda yanğın - YENİLƏNİB
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
"Burju Baku" gecə klubunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Bakı -°C

