Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə "WhatsApp" ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, "WhatsApp" qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib.
Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:02
"Cəhənnəm Necati"yə hökm oxundu
24 Oktyabr 2026 12:10
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
24 Oktyabr 2026 10:04
Zaqatalada oğurluq edən şəxs tutuldu
24 Oktyabr 2026 09:50
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - VİDEO
23 Oktyabr 2026 16:02
DİN-dən əməliyyat - Həbs edilənlər var
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50


Bakı -°C

