Su Polisi ƏMƏLİYYAT keçirdi
Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.
Belə ki, qeyd edilən su hövzələrinin tikinti-söküntü tullantıları, məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, həmin ərazilərin akvatoriyasına torpaq və digər materialların gətirilərək tökülməsi, habelə sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması halları müəyyən edilib. Eyni zamanda, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda faktların hüquqi qiymətləndirilməsi məqsədilə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
23 Oktyabr 2026 16:02
DİN-dən əməliyyat - Həbs edilənlər var
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21 Oktyabr 2026 12:28
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
21 Oktyabr 2026 10:41
Ramiz Əzizbəylinin kürəkəni dələduzluğa görə həbs edildi
20 Oktyabr 2026 11:31


Bakı -°C

