DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar. Onlardan ümumilikdə 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.
Belə ki, faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21 Oktyabr 2026 12:28
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
21 Oktyabr 2026 10:41
Ramiz Əzizbəylinin kürəkəni dələduzluğa görə həbs edildi
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38


Bakı -°C

