Məşhur aktyorun anım günüdür
İnsanların yaddaşında daha çox “Evro Kamandar” kimi qalan aktyor Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncədə anadan olub. Aktyorluq sənətindən əvvəl 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. Yolunu incəsənətdən salan Məhərrəm Qurbanov 1983-cü ildə Aəzrbaycan Dövlət İncsənət Universitetinə qəbul olur.
Ali təhsilini başa vurduqdan sonra öz ana yurduna- Gəncəyə qayıdır. Və Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayır. İşlədiyi müddət ərzində maraqlı obrazları ilə diqqət çəkən aktyor, 1996-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gəlir. Və aktyor kimi fəaliyyətini orda davam etdirir. Musiqili Komediya Teatrında saysız- hesabsız rolları ilə öz tamaşaçılarını güldürməyi bacarır.
Bir aktyor kimi teatrda çox sayda rollar ifa etsə də , izləyiciləri onu daha çox son illərdə çəkildiyi seriallarla sevirdi.
"Ay Yay Yay" serialında polis rəisi obrazı, "Kolxoz 85" serialında Şiraslan obrazı, "Anam, bacım, rus gəlin " serialında Fazil obrazı, "İmtahan" serialında Eldar obrazı və "Niyə ?!" serialında Evro Kamandar obrazı ilə izləyicilərin rəğbətini qazanmışdı.
Müsahibələrinin birində deyirdi ki, ətrafda insanlar onu görəndə öz adı ilə deyil, “Evro Kamandar” deyə çağırırdılar. Aktyor kimi sevdinirici hal olsa da, o, daha çox teatrdakı obrazları ilə yadda qalmağı arzulayırdı.
Məhərrəm Qurbanov 19 avqust 2019-cu il tarixində ağır beyin kötüyü insultu keçirmiş, gecə ilə xəstəxanaya çatdırılmışdır. Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Məhərrəm Qurbanovun vəziyyəti daha da ağırlaşmış, 21 avqust 2019-cu il tarixində vəfat etmişdir.
Əntiqə
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

