adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 10:16
142
HADİSƏ
A- A+

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib.

Adalet.az xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitləri tullantılar üçün qazılan su quyusundan çıxarılıb.

Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.