adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 09:10
1141
DÜNYA
A- A+

"Əl Qaidə" terror qruplaşmasının başçılarından biri məhv edildi

ABŞ-ın Hərbi Hava Qüvvələri cümə günü Suriyanın şimal-qərb hissəsinə zərbə endirib.

Adalet.az xəbər verir ki, hava zərbəsi nəticəsində "Əl Qaidə" terror qruplaşmasının başçılarından biri məhv edilib. Bu, Abdul Həmid Al-Matardır. O, terror təşkilatının yüksək vəzifəli şəxslərindən olub.

Məlumata görə, zərbə pilotsuz təyyarə MQ-9-un köməyilə endirilib. Zərbə zamanı dinc sakinlərinin həlak olması haqqında xəbər yoxdur.