adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 19:47
39
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...

Təkliyimin ad  günüdü
Nə  təbrik  var, nə də  gələn...
Həsrətlə  təklik  günüdü -
Xoşbəxtdi  kimsəsiz  ölən!..

Duyulmur  hönkürtü  səsi -
Nə  ağlayan  , nə  sızlayan...
İncitmir  ölüm  heç  kəsi -
Kimdi  yoxluğu  duzlayan?!.

Sanki  hamı  sükuta  ac,
Gözlər  danışır  fəhm ilə!
Uzaqda  dağınıq  bir  saç  -
Bu  an  səslənir  FATİHƏ!...

Nə  əlim havada  qalır
Nə  də  ovcumdakı  bir  tel...
Məni  təklik  yola  salır -
Gözləyir  həsrət  adlı   el...