adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 09:02
38
HADİSƏ
A- A+

Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB

Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzası zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır

02:05

Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Adalet.az xəbər verir ki, qəza nəticəsində ölənlərdən birinin və xəsarət alan şəxsin kimliyi müəyyənləşib.

Ölənlərdən biri Lənkəran rayonunun Şıxakəran kənd sakini 1962-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayevadır. Digər ölənin kimliyi hələ məlum deyil (kişi cinslidir).

Ağır xəsarətlər alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynova isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes Vito"nun sürücüsü Lənkəran rayonunun Şıxakəran kənd sakini 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov xəsarət almayıb.

"Dong Feng" sürücüsü İran İslam Respublikasının Astara şəhər sakini Aydın Riyazi də yaralanmayıb.

Fakt üzrə araşdırma aparılır.

00:07

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

Adalet.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunub.

16 sentyabr, 23:18

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.

Adalet.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobus İran İslam Respublikasına gedən yük avtomobilinə (TIR) çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.