Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 31.08.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 39 269 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93 203 nəfər təşkil edib.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşüb.
Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.
Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.
Digər Xəbərlər
17 Sentyabr 2026 10:42
Hava ilə bağlı son məlumat
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
16 Sentyabr 2026 16:03


Bakı -°C

