adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 19:04
41
İQTİSADİYYAT
A- A+

Azərbaycan və İsveçrə innovasiya və turizm sahələrində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsveçrə arasında innovasiya və turizm sahələrində əməkdaşlıq müzakirə edilib.

Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsveçrə-Azərbaycan Biznes Forumu iki ölkənin işgüzar dairələrinin səmimi fikir mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməsi baxımından faydalı oldu. Tədbirdə investisiya və ticarət, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, innovasiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensial və səsləndirilən təkliflər nəzərdən keçirildi. Azərbaycanın əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi və regional bağlantıları İsveçrə şirkətləri üçün yeni imkanlar yaradır", - deyə o qeyd edib.