Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
Paytaxtın Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində 16 mərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzildə bağlı qapı arxasında yuxuya qalan uşaq xilasedicilərin köməyi ilə valideynlərinə təhvil verilib.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 2014-cü il təvəllüdlü E. Qurbanlının yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb.
Narahat olan yaxınları bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ediblər. Hadisə yerinə cəlb edilən FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar.
Mənzilə daxil olan xilasedicilər uşağı yatmış vəziyyətdə aşkar edərək təhlükəsiz şəkildə yaxınlarına təhvil veriblər.
Sözügedən anları təqdim edirik:
Digər Xəbərlər
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14


Bakı -°C

