adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 07:37
42
DÜNYA
A- A+

Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür

İran Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdəki gərginliyin nizamlanması üçün Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təklif etdiyi 4 prinsipi əsas götürür.

Adalet.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfəri zamanı bu ölkənin XİN rəhbəri Van İ ilə görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Prezident Si tərəfindən sülh üçün irəli sürülən 4 prinsip əsasdır", - o bildirib.

Qeyd olunub ki, görüşdə razılaşdırılan məsələlər zəncirvari təsirləri ilə regiondakı gələcək strateji tarazlığı müəyyən edəcək:

"Çində tərəfdaşlarımızla uğurlu məsləhətləşmələr apardıq. İran qurduğumuz strateji tərəfdaşlığı yüksək qiymətləndirir".

Xatırladaq ki, Van İ Əraqçi ilə görüşdə İran və ABŞ-ni ən qısa zamanda İslamabad memorandumuna qayıtmağa çağırıb.

Si Cinpin isə Yaxın Şərqdə nizamlanma üçün dörd bəndlik planı aprelin 14-də təklif edib. Si Cinpinin 4 bəndlik sülh təklifində dinc yaşayış prinsipinə sadiqlik, region ölkələrinin münasibətlərini yaxşılaşdırmaq, ortaq, hərtərəfli təhlükəsizlik mühiti yaratmaq, milli suverenliyə hörmət, eləcə də bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı yer alıb.