Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
Xalq artisti, teatr xadimi, rejissor Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Adalet.az xəbər verir ki, Xalq artisti ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.
Xatırladaq ki, Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.
Aleksandr Yakovleviç Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
O, 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) - ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aleksandr Şarovski 1978-1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.
Sənətkar, eyni zamanda, "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu" (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu.
Aleksandr Şarovskinin Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar artisti" (1987), "Xalq artisti" (1998) fəxri adlarına layiq görülüb, "Şöhrət" (2008), "Şərəf" (2018) ordenləri, "Prezidentin fəxri diplomu" (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Digər Xəbərlər
23 Oktyabr 2026 14:58
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
22 Oktyabr 2026 16:42
Leyla Əliyeva “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu
21 Oktyabr 2026 11:41
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026 11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
20 Oktyabr 2026 18:19
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
20 Oktyabr 2026 16:23
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
20 Oktyabr 2026 12:03
Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirildi - FOTOLAR
19 Oktyabr 2026 13:59


Bakı -°C

