Yaponiya hökuməti tam tərkibdə istefaya gedib
Yaponiya hökuməti, Baş nazir Sanae Takaiçinin Nazirlər Kabinetində həyata keçirəcəyi dəyişikliklərdən əvvəl tam tərkibdə istefaya gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Baş nazirinin dəftərxanasından məlumat yayılıb.
Nazirlər Kabinetinin təcili iclasında bütün üzvlər müvafiq ərizələr təqdim ediblər və baş nazir onları qəbul edib.
Yaxın saatlarda Nazirlər Kabinetinin yeni tərkibi elan olunmalıdır. İstefaya gedən nazirlər yeni kabinet formalaşana qədər formal olaraq öz vəzifələrini icra edəcəklər. Gözlənildiyi kimi, bütün əsas nazirlər, o cümlədən XİN rəhbəri Tosimitsu Motegi, müdafiə naziri Sindziro Koidzumi, maliyyə naziri Satsuki Katayama, eləcə də Nazirlər Kabinetinin baş katibi Minoru Kihara oradakı postlarını qoruyub saxlayacaqlar.
Ötən gün Sanae Takaiçi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində əsas vəzifələri dəyişdirmədən cüzi dəyişikliklər həyata keçirib. LDP rəhbərliyində və hökumətdə həyata keçirilən yerdəyişmələr zamanı edilən minimal dəyişiklikləri yerli müşahidəçilər Takaiçinin partiya idarəçiliyində sabitliyi təmin etmək və 2027-ci ildə partiyanın sədri postuna özünün yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyi ilə əlaqələndirirlər.
Digər Xəbərlər
17 Sentyabr 2026 09:06
ABŞ Mahmud Abbasa viza vermədi
17 Sentyabr 2026 09:04
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
17 Sentyabr 2026 08:57
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
17 Sentyabr 2026 08:52
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
17 Sentyabr 2026 07:40
Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
17 Sentyabr 2026 07:37
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
17 Sentyabr 2026 07:34
“Cəhənnəm sanksiyaları” qəbul edildi
16 Sentyabr 2026 16:14


Bakı -°C

