adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 11:13
35
HADİSƏ
A- A+

Xınalıq yolunda sürüşmə oldu - VİDEO

Qubanın Xınalıq kəndinə gedən yolda sürüşmə olub, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

Yolda yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ərazidə hər iki istiqamət üzrə müvafiq xəbərdaredici və istiqamətləndirici yol nişanları quraşdırılıb, hərəkət iştirakçıları alternativ marşrut kimi Alpan-Susay-Xınalıq yolu istiqamətinə yönləndiriliblər. Görülən işlərlə bağlı yerli icra strukturları, bələdiyyə nümayəndələri və yol polisi əvvəlcədən məlumatlandırılıb.