adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 09:37
38
İQTİSADİYYAT
A- A+

“Azeri Light”ın qiyməti 127 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Adalet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27 dollar və ya 6,06% artaraq 127,29 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.